Allaha iman etməyən insanlar həyatları boyunca tez-tez peşmanlıq duyğusuna qapılarlar. Təvəkkül sahibi olmadıqları üçün, qarşılaşdıqları çətinliklərdə və ya etdikləri bir səhvdə böyük bir daxili çətinliyi yaşayarlar. Həyatları boyunca bir çox hadisədə "kaş ki" sözünü istifadə edərlər; "kaş ki etsəydim", "kaş ki söyləsəydim", "kaş ki getsəydim"…
Ancaq bundan daha əhəmiyyətli bir mövzu vardır ki, o da dünyadaykən yaşadıqları bu çətinlikli peşmanlıqdan çox daha böyüyünün axirətdə qarşılarına çıxacaq olmasıdır. Həyatları boyunca dindən uzaq bir həyat sürən insanlar, axirətdə dünyada keçirdikləri hər dəqiqənin an an peşmanlığını duyacaqlqr. Çünki dünyadaykən çox dəfə xəbərdar edilmiş, doğru yola dəvət edilmişlər. Dünya həyatı boyunca özlərinə, düşünə biləcəkləri və doğrunu tapa biləcəkləri çox müddət verilmişdir. Ancaq bu anları həmişə göz ardı etmiş, xəbərdar edildiklərində dinləməmiş və dünya həyatının heç sona çatmayacağı kimi bir hissə qapılaraq axirəti unutmuşlar. Nə var ki cəhənnəm ilə qarşılaşdıqlarında, səhvlərini artıq geri dönüb düzəltməimkanı tapa bilməyəcəklər.
Bu kitabın məqsədi, "kaş ki ağıl etmiş olsaydıq, kaş ki Rəbbimizin ayələrini yalanlamamış olsaydıq, kaş ki bizi xəbərdar edənlərin sözlərinə uysaydıq…" deyəcəkləri və torpaq olub, yox olmağı diləyəcək qədər böyük bir peşmanlıq duyacaqları belə bir günə qarşı insanları xəbərdar etmək və hələ səhvlərini düzəltmə imkanı varkən Allah üçün yaşamağa çağırmaqdır. Aug 11, 2004
|