Harun Yahya
 

 

 
.....:::::::::: Articles ::::::::::.....
Harun Yahya

ALLAH'IN RƏNG SƏNƏTİ

Heç bir rəngin olmadığı, qapqaranlıq bir dünyada yaşamaq necə olardı, heç düşünmüsünüz? Bir anlıq bütün fikirlərinizdən qurtularaq indiyə qədər öyrəndiyiniz hər şeyi bir kənara qoyaraq düşünün. Bədəninizin, ətrafınızdakı insanların, dənizlərin, göy üzünün, ağacların, çiçəklərin, qısaca desək, hər  şeyin qapqara olduğunuzu təsəvvürünüzdən canlandırmağa çalışın. Sizi əhatə edən aləmdə heç bir rəngin olmadığını düşünün. Ətrafınızdakı insanların, pişiklərin, itlərin, quşların, kəpənəklərin, meyvələrin heç rəngi olmasaydı, nə hiss edərdiniz? Bunları təsəvvür etməyə çalışın. Belə bir dünyada yaşamağı heç istəməzdiniz, elə deyilmi?

Rəngsiz bir dünya dedikdə ağla qara, ağ və boz rənglərin tonlarının olduğu bir yer gələ bilər. Əslində isə qara, ağ və boz da rəngdir. Buna görə insanın rəngsizliyi təsəvvür etməsi çox çətindir. Rəngsizliyi tərif edərkən mütləq bir rəngdən istifadə etmək məcburiyyəti yaranır. “Hər şey rəngsiz, qapqara idi; üzündə rəng qalmamışdı, ağappaq olmuşdu” kimi cümlələrlə rəngsizliyi ifadə etməyə çalışırıq. Ancaq bunlar rəngsizliyin deyil, ağ-qara bir dünyanın tərifidir.

Bir saniyəlik ətrafınızdakı hər şeyin rənglərinin bir anda yox olduğunu düşünün. Belə bir vəziyyətdə hər şey bir-birinə qarışacaq, cisimləri bir-birindən ayırmaq mümkün olmayacaqdır. Məsələn, qəhvəyi rəngli taxta stolun üstündəki narıncı rəngli bir portağalı, qırmızı çiyələkləri və ya rəngarəng çiçəkləri görmək mümkünsüz olacaqdır, çünki nə portağal narıncı olacaq, nə stol qəhvəyi, nə də çiyələklər qırmızı. Tərif etmək belə çox çətin olduğu bu rəngsiz dünyada qısa bir müddət də olsa, yaşamaq insana böyük bir sıxıntı verəcəkdir.

 


Yukarıdaki resimler karşılaştırıldığında, etrafımızda sürekli renkli bir dünya görmemizin ne kadar rahatlatıcı olduğu daha iyi anlaşılacaktır. Renkler insana dünyada Allah tarafından verilmiş en büyük nimetlerden biridir.


Rənglərin müxtəlifliyinin bizə faydası sadəcə ətrafımızı tanımaq üçün deyil. Təbiətdə yer alan qüsursuz rəng ahəngi insan ruhuna böyük bir zövq verir. Ancaq burada bir cəhətə diqqət edilməlidir. İnsanın bu ahəngi görə bilməsi və bütün detallarından zövq alması üçün ona çox xüsusi dizaynı olan gözlər verilmişdir. Canlılar aləmində rəngləri ən incə təfərrüatına qədər qavrayan ən funksional göz insan gözləridir. Belə ki, insan gözü milyonlarla rəngə qarşı həssasdır. Göründüyü kimi, mükəmməl bir şəkildə çalışan insandakı göz mexanizmi rəngli bir dünyanı görə bilmək üçün xüsusi dizayn edilmişdir.

Dolayısı ilə, dünyada, kainatda belə bir nizamın varlığını anlayacaq tək varlıq ağıl sahibi olan insandır. Bütün bu məlumatlara əsaslanaraq bu nəticə ortaya çıxır:

Yer üzündəki və göydəki hər təfərrüat, hər naxış, hər rəng insanın bu nizamı anlayıb dərk etməsi və bunun üzərində düşünməsi üçün yaradılmışdır. Təbiətdəki bütün rənglər insan ruhuna zövq verəcək şəkildə nizamlanmışdır. Həm canlılarda, həm də cansız dünyada qüsursuz bir simmetriya və rəng ahəngi hakimdir. Bu vəziyyət qarşısında düşünən bir insanın ağlına son dərəcə əhəmiyyətli bəzi suallar gələcək.

Yer üzünu rəngli edən kimdir?

Dünyamızı fövqəladə gözəl edən rənglər necə əmələ gəlir?

Yer üzündəki rəng müxtəlifliyi və rənglər arasındakı ahəngin dizaynı kimə aiddir?

Bütün bunların təsadüflər zəncirinin əmələ gətirdiyi məqsədsiz dəyişikliklərlə meydana gəldiyini demək olarmı? Əlbəttə, belə bir şeyi heç kim deməz. Nəzarətsiz təsadüflər milyonlarla rəngi deyil, heç bir şeyi əmələ gətirə bilməz. Məsələn, bir kəpənəyin qanadlarını düşünün və ya hər biri bir sənət möcüzəsi olan rəngarəng çiçəkləri. Bunların şüursuz bir proses nəticəsində əmələ gəldiyini söyləmək sağlam bir ağıl üçün, əlbəttə, mümkün deyil.

Bu həqiqəti bu misaldan da asanlıqla görə bilərik. Bir insan təbiətdəki ağacları, çiçəkləri əks etdirən bir rəsm gördükdə bu rəsmdəki rəng ahənginin, nizamlı şəkillərin, şüurlu dizaynın təsadüfən ortaya çıxdığını iddia etməz, hətta bunu ağlına belə gətirməz. Bu şəxsin qarşısına birisi çıxsa və desə ki, “burada gördüyün boyalar külək nəticəsində çevrildilər, bir müddət sonra da yağışın və s. təsirilə və aradan keçən uzun bir zaman nəticəsində ortaya belə bir rəsm çıxdı.” Bunu iddia edənə əsla inanmayacaq.

Burada çox maraqlı bir cəhət var. Belə bir ağlasığmaz iddia etməyə heç kim çalışmaz, ancaq nədənsə, təbiətdə gördüyümüz qüsursuz rəng və simmetriyanın bu cür şüursuz bir proses nəticəsində meydana gəldiyi iddia edilir və hətta bu barədə təkamülçülər tərəfindən “təsadüf tezisləri” də hazırlanır və müstəlif fəaliyyətlər görülür. Bu mövzuda ağılsız iddialar irəli sürməkdə heç tərəddüd etmirlər.

Göründüyü kimi bu açıq-aşkar korluqdur. Hətta bunun başa düşülməsi də olduqca çətindir. Bir az düşünməyə başlayıb bu korluqdan qurtulan şəxs isə dünyada son dərəcə möcüzəvi mühitdə yaşadığını anlayacaqdır və insan həyatı üçün ən uyğun şərtlərə malik olan bu mühitin təsadüfən meydana gələ bilməyəcəyini də tamamilə dərk edəcəkdir.

Düşünən insan, necə ki, bir rəsm əsərinin rəssamı olduğunu ilk baxdığı anda dərk edirsə, ətrafındakı rəngarəng, parlaq, simmetrik və son dərəcə estetik mühitin də bir Yaradıcısı olduğunu eyni şəkildə anlayacaqdır.

Bu Yaradıcı yaratmada heç bir ortağı olmayan, hər şeyi bir-birilə ahəng içində yaradan, bizi milonlarla rənglə bəzənmiş saysız-hesabsız gözəlliyin olduğu bu dünyaya yerləşdirən Allah'dır. Allah'ın yaratmasında hər şey bir-birilə tam bir ahəng təşkil edir. Allah yaratma sənətindəki bənzərsizliyi Quran ayələrində belə xəbər verir:

Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada yorğun, zəif düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk surəsi, 3-4)




Oct 28, 2009

Harun Yahya - Articles Click for All Articles
Please write your comment for this work
Post To MySpace!  
   
   


 Other Languages
English 

.....:::::::::: Related Works in Same Category ::::::::::.....
AĞACLARIN DÜŞÜNDÜRDÜKLƏRİ  
 
 
 
 
  BookGlobal.Net